Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada Azərbaycanın milli bayramı – Respublika Günü münasibəti ilə keçirilən tədbirə qatılıb.
Oxu.Az xəbər verir ki, M.Zaxarova bu barədə öz Facebook səhifəsində yazıb.
Diplomatın sözlərinə görə, tədbirin təşkilatçıları çox qonaqpərvər olublar. Mariya Zaxarovanın ən çox yerli xiyarlardan xoşu gəlib.
“Azərbaycanın Respublika Günü münasibəti ilə keçirilən tədbirdə iştirak etdim. On dəqiqəlik gəlmişdim, lakin bir saatdan sonra getdim. Səfir Polad Bülbüloğlu məni plov və digər nemətlərlə dolu masaya dəvət etdi. Tədbiri tərk edəndə özümlə xiyar və gilas götürdüm. Yeri gəlmişkən, Azərbaycan xiyarından yaxşısı yoxdur”, - deyə o yazıb.
S.B.
www.oxu.az