Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mask dünyanın ən ağıllı süni intellektini elan etdi
İlon Mask yeni "Grok 3" çatbotunun istifadəyə verildiyini elan edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə özünün "X" hesabında yazıb.
Maskın sözlərinə görə, "Yer kürəsinin ən ağıllı süni intellektinin" nümayişi sabah baş tutacaq.
"Mən bütün həftə sonu komanda ilə məhsul üzərində işləyəcəyəm, ona görə də, o vaxta qədər oflayn olacağam", - Mask bildirib.
Grok 3 release with live demo on Monday night at 8pm PT.
— Elon Musk (@elonmusk) February 16, 2025
Smartest AI on Earth.
Milyarder iddia edir ki, "Grok 3" dərin təhlil və düşünmə qabiliyyətinə malik olan güclü süni intellektdir. Maskın sözlərinə görə, o sınaqlar zamanı bazarda hər hansı məhsuldan üstün olduğunu göstərib.
Yeni süni intellekt modelinin istifadəsinin pulsuz olacağı gözlənilir. Əvvəllər "Grok" yalnız ödənişli "X Premium" tarif planının abunəçiləri üçün əlçatan idi. İndi Maskın neyron şəbəkəsi həm grok.com saytında veb versiyada, həm də hər kəs üçün mobil proqram formasında istifadəyə verilib.
"İlon Mask" teqi üzrə xəbərlər
- Mask Baydenin hiyləgər planını açıqladı
- Kanadada "Tesla"nın diler mərkəzinə hücum olub
- "SpaceX" 20-30 ildən sonra Marsda muxtar sivilizasiya yaratmağa hazırlaşır
- Tramp: "Tesla" mərkəzləri və avtomobillərinə hücum edənlər terrorçulardır"
- Maskın departamenti ABŞ Sosial Təminat Xidmətinin bazasında üç milyondan çox "ölü" aşkar edib