Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mask Durovla bağlı Makrona müraciət edib
ABŞ-li iş adamı və sahibkar İlon Mask Fransa prezidenti Emmanuel Makrona müraciət edərək "Telegram"ın yaradıcısı Pavel Durovun həbsinin səbəblərini izah etməsini istəyib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Durovun saxlanması ilə bağlı Makronun postunun altındakı şərhdə Mask, "Dünya ictimaiyyətinin onun niyə həbs edildiyi barədə daha ətraflı məlumat əldə etməsi faydalı olardı", - deyə yazıb.
Fransa prezidenti vurğulayıb ki, təhlükəsizlik qüvvələrinin "Telegram"ın qurucusu Pavel Durovu həbs etmək qərarı siyasi motivlərlə diktə olunmayıb.
Qeyd edək ki, Durov avqustun 24-də axşam Fransanın Le-Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb.
"Pavel Durovun saxlanılması" teqi üzrə xəbərlər
- Pavel Durov Paris məhkəməsində ilk dəfə dindirilib
- Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?
- Fransa hakimiyyəti Durovun qardaşını və "Telegram"ın vitse-prezidentini Parisə gəlməyə məcbur edir
- "Telegram"ın yaradıcısı Pavel Durov Fransa məhkəmə orqanları ilə əməkdaşlıq edir?
- "Telegram"da şəxsi mesajlarda məxfilik ləğv edilir?
Rəylər