Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mask "tarixin ən böyük fırıldaqçılığı"nı aşkarladı
ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri (DOGE) İlon Mask Birləşmiş Ştatların sosial təminat sistemində "tarixin ən böyük fırıldaqçılığı"nın olmasından şübhələnir.
Oxu.Az xəbər verir ki, bu barədə İ.Mask "X" sosial şəbəkə hesabında yazıb.
O, buna səbəb kimi rəsmi məlumat bazasında sosial ödənişlər alan amerikalıların sayının bütövlükdə ölkə vətəndaşlarının sayını xeyli üstələməsini göstərir: "Bu, tarixdə ən böyük fırıldaqçılıq ola bilər".
İ.Maskın sözlərinə görə, ödənişlərə iddia edə biləcək ABŞ vətəndaşlarının sayı 310 milyondan çox deyil.
Ancaq araşdırmalar göstərir ki, ödənişlər almaq üçün fərdi sığorta edilənlərin rəsmi sayı 394 milyondur, halbuki ölkə əhalisinin sayı 334 milyon nəfər təşkil edir.