Qədim Romanın memarlıq abidəsi olan Kolizey amerikalı milyarder, “SpaceX” şirkətinin rəhbəri və “X” sosial şəbəkəsinin sahibi (keçmiş “Twitter”) İlon Mask və “Meta”nın yaradıcısı Mark Zukerberq arasında döyüşün keçiriləcəyi məkana çevrilməyəcək. Buna səbəb təmir işləridir.
Bu barədə İtaliyanın Mədəniyyət Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, daha öncə İtaliya Mədəniyyət Nazirliyi Mask və Zukerberq arasında döyüş üçün Kolizeydən istifadə olunması barədə danışıqlar aparmadıqlarını bildirmişdi. Qədim Romanın mədəniyyət abidəsi olan arenanın özü uzun müddətdir ki, “yüksək səviyyəli ödənişli tədbirlər” üçün açıqdır və tədbirlər, demək olar ki, həmişə xeyriyyə məqsədilə keçirilir. Hər bir belə sorğu abidənin mühafizəsi ilə uyğunluq baxımından Kolizey Arxeoloji Parkının rəhbərliyinin ekspertizasından keçməlidir.
Qeyd edək ki, Zukerberq avqustun 26-da İlon Maska döyüşməyi təklif etmişdi. “SpaceX” rəhbəri oktaqonda rəqiblə döyüşməyə hazır olduğunu yazıb. Daha sonra Zukerberq Maskı “Instagram” səhifəsində məkan seçməyə dəvət edib. Milyarderlər, demək olar ki, dərhal İtaliya Kolizeyində duel keçirmək variantını nəzərdən keçirməyə başlamışdılar.
Mənbə: Politico
Rəylər