Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mask "X" sosial şəbəkəsində qiymətləri İKİQAT ARTIRDI
Amerikalı sahibkar və milyarder İlon Maska məxsus "X" sosial şəbəkəsində "Premium+" abunəlik üçün qiymətlər artırılıb.
Oxu.Az NTV telekanalına istinadla xəbər verir ki, bahalaşma ikiqat təşkil edir.
Məsələn, ABŞ-də "Premium+" abunəlik üzrə aylıq ödəniş 50 dollara çatdırılıb. İllik abunəlik haqqı isə 350 dollara qədər artırılıb.
"X"in qiymət artımına getməsinin bir neçə səbəbi var. Birincisi, yeni təqdim edilən "Grok 3" süni intellektin özəlliklərindən faydalanmaq istəyən istifadəçilərin çoxluğudur. İkincisi, şirkət gəlirlərini artırma strategiyasının bir hissəsi olaraq bu addımı atıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar