Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mask dünyanın ən ağıllı süni intellekti olan "Grok"u TƏQDİM ETDİ
Amerikalı milyarder İlon Mask özünün "xAI" şirkətinin "Grok" süni intellekt servisinin yeni versiyasını - "Grok 3"ü təqdim edib.
Oxu.Az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, İ.Mask "Grok 3"ü dünyanın ən ağıllı süni intellekti adlandırıb.
Şirkət nümayəndələrinin fikrincə, "Grok 3" "Google Gemini"ni, "DeepSeek V3"ü, "Claude"ni, habelə "GPT-4"ü üstələyir.
İ.Maskın sözlərinə görə, "Grok 3" əvvəlki versiyanı - "Grok 2"ni üç dəfə üstələyir. Şirkət "Grok 3" üçün "Deepsearch" "ağıllı" axtarış sistemini də təqdim edib.
Qeyd edək ki, "Grok 3" modeli "X" sosial şəbəkəsində "Premium+" sahibləri üçün əlçatandır.