Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Müştərinin pulunu alıb, aradan çıxdılar: Dələduz necə cəzalandırıla bilər?
Onlayn satış həyata keçirən butiklərdən biri müştəridən ödənişi öncədən tələb edib, daha sonra da həmin şəxsi bloka atıb.
Bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilib.
Şikayətçinin sözlərinə görə, 26 manat ödəniş etsə də, sifarişini əldə edə bilməyib.
"Bacım butikin səhifəsini "Instaqram"da görüb, oradan geyim dəsti bəyənib. Səhifədə ünvan məlumatları qeyd edilməyibmiş, soruşandan sonra deyiblər. Bacım işdən çıxanda gec olacağı üçün çatdırılma xidmətindən istifadə etmək istəyib. Onlar da ödənişi əvvəldən alacaqlarını bildiriblər. Göndərəndən sonra isə bacımı bloklayıblar", - deyə şikayətçi bildirib.
Bəs qanunla bu şəxsləri hər hansı bir cəza gözləyirmi?
"Bu əməl eyni məqsədlə bir çox insana qarşı törədilməsindən, eyni zamanda vurulmuş zərərin məbləğindən asılı olaraq cinayət məsuliyyətinə səbəb ola bilər", - deyə hüquqşünas Hikmət Əliyev mövzu ilə bağlı açıqlamasında bildirib.
Daha ətraflı videomaterialda:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Nəsimi rayonuda yerləşən evə pəncərədən daxil olurlar? - AÇIQLAMA
- Hövsanda çirkab su zirzəmilərə dolub: "Milçək əlindən oturmaq olmur"
- Bakı-Quba yolunda yaranan təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
- Qazaxda yararsız olan İŞIQ DİRƏKLƏRİ - Qurum problemin həll edildiyini deyir
- Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı