Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Maskın transgender qızı ABŞ-dən köçür
Milyarder İlon Maskın böyük qızı Vivian Cenna Uilson ABŞ-ni həmişəlik tərk etmək niyyətindədir.
Bu barədə Oxu.Az "Bild" qəzetinə istinadla xəbər verir.
O, Yaponiyaya köçmək fikrində olduğunu açıqlayıb. Daha əvvəl cinsini dəyişmiş 20 yaşlı Vivian hazırda Tokioda xarici dillər öyrənir və hazırda fransız, ispan və yapon dillərində sərbəst danışır.
Nəşrin yazdığına görə, bu addım Vivianın bir neçə ildir danışmadığı atası ilə bağlı deyil. Bununla belə, o, Maskı fikirlərinə görə açıq şəkildə dəfələrlə tənqid edib.
Bu yaxınlarda verdiyi müsahibədə o, Maskı "yazıq və yetişməmiş kişi" adlandıraraq, atasını Trampın transgenderlərə qarşı mövqeyini dəstəklədiyinə görə qınayıb.