ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask bir neçə səbəbə görə siyasi səhnədən uzaqlaşıb.
Oxu.Az "The Washington Post"a istinadən xəbər verir ki, iş adamı nəticə əldə etməkdə çətinlik çəkdiyi üçün məyus olub.
Bundan əlavə, o, ailə üzvlərinin və özünün təhlükəsizliyindən narahatdır. Mask "Tesla" şirkəti ilə bağlı qlobal mənfi reaksiyadan təsirlənib.
Bildirilir ki, Mask pulunu siyasi sistemə xərcləməkdənsə, sərvətini başqa yerə sərf etməyi üstün tutur. Milyarder diqqətini iki şirkəti - "Tesla" və "SpaceX"in fəaliyyətinə yönəltmək niyyətindədir.