Azərbaycanda əhalinin kiçik faizi rus dilini doğma dili hesab edir, lakin rus dilli məktəblərdə yerlərin sayı rus dilini doğma dil hesab edənlərin sayından olduqca çoxdur.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Petrozavodsk Dövlət Universitetinin Rus dili və ədəbiyyatı və jurnalistika kafedrasının dosenti Aleksandr Matyuşkin Moskvada “Rus dili – MDB ölkələrinin vətəndaşları üçün “ikinci dil”” mövzusunda keçirilən dəyirmi masada deyib.
“Azərbaycanda rus dilinin tədrisinə böyük diqqət verilir. Məktəblilərin 95%-i rus dilini ikinci sinifdən öyrənir”, o qeyd edib.
Onun sözlərinə görə, MDB ölkələrində rus dili şəhər əhalisinin dilidir.