Siz heç kursorun istiqamətinin bir az əyri olduğuna fikir vermisiz? Həqiqətən kursor şaquli istiqamətdə deyil, bu mətnin müəyyən hissəsini və ya paneldə hər hansı bir əməliyyatı seçməyə daha rahat olmazdımı?
Oxu.Az dünya KİV-nə istinadən xəbər verir ki, kompüter texnikasının tarixi ilə yaxından tanış olan ekspertin bildirdiyinə görə, mausun ixtiraçısı Duqlas Engelbert ilkin olaraq kursorun istiqamətini şaquli göstərib.
Amma əməliyyat sisteminin qrafik interfeysini dünyada ilk olaraq Xerox şirkəti - daha dəqiq, onun Palo Alto Research Center elmi-tədqiqat bölməsi reallaşdırdı.
İlk dəfə kursor 1981-ci ilə aid ilk qrafik interfeysi olan XEROX PARC kopmüterinin istifadəyə göstəriş sənədində təsvir edilib.
Bu makinanı layihələşdirəndə aydın olur ki, displeylərin imkanı məhdud olduğu üçün, kiçik normal kursor yaratmaq mümkün olmadı. Göstəricini böyütməmək üçün istiqamətini 450 dərəcə dəyişmək qərara alınıb.
30 il keçib, yüksək keyfiyyətli displeylər yaradılıb, amma kursorun istiqaməti 45 dərəcə maili qalıb.