ABŞ-ın Mayami-Biç şəhərində 12 mərtəbəli yaşayış binası uçub.
Oxu.Az-ın REN TV-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb, dağıntılar altında qalanların olduğu ehtimalı edilir.
Hadisə yerinə gələn xilasedicilər itlər vasitəsi ilə dağıntılar altında qalan insanların axtarışını həyata keçirirlər.
Yaralanan şəxs xəstəxanaya yerləşdirilib.
Yerli polisdən bildiriblər ki, uçan bina qəzalı vəziyyətdə olub.