Kiyevdə Nezalejnosti meydanında çadır düşərgəsinin sakinləri barrikadalar qurmağa başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Вести.ua bildirir.
Qlavpoçtamptın yanında Qrinçenko küçəsində şinlərdən üç sıra maneə düzəldilib. Daha öncə barrikadaları sökməyə çalışarkən çadır düşərgəsinin sakinləri meydanda olan şinləri yandırıblar.
Qeyd edilir ki, maydançıların və kommunalçıların qarşıdurması nəticəsində hər iki tərəfdən zərərçəkən var.
Maydanda düşərgə fəallarının tikililərin sökülməsinə qarşı səfərbər olmasına çağırış səslənib. Maydançıların foto və video-çəkilişinə icazə vermirlər, buna görə hətta bir jurnalist döyülüb.
Daha öncə barrikadanı sökməyə cəhd edən kommunalçılara cavab olaraq çadır düşərgəsinin sakinləri meydandakı şinləri yandırıblar. Onlar yanğın yerinə milislərin gəlməsinə imkan verməyiblər və himn oxuyublar. Şahidlər qeyd ediblər ki, hüquq mühafizə orqanlarının əməkdaşları himnin ifasına qoşulublar. Yanğınsöndürənlər isə bu zaman yanğını söndürməyə çalışıblar.
Münaqişə milis və maydançılar arasında qarşıdurmaya çevrilib. Hüquq mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı işıq-səs qranatları istifadə ediblər, fəallar isə öz növbələrində milis işçilərini daşqalaq ediblər. Maydanın yaxınlığında yerləşən bütün ticarət məntəqələri bağlanıb, şahidlər Kreşatik üzərində qara dumandan danışıb.
Avromaydan etiraz hərəkatı keçən ilin noyabr ayında Avropa İttifaqı ilə assosiasiya barədə müqaviləni imzalamaqdan imtina etdikdən sonra başlayıb. Etiraz aksiyaları irimiqyaslı qarşıdurmalara, bu isə ölkə hakimiyyətinin dəyişməsinə gətirib çıxardı. Rəsmi məlumatlara görə, Maydanda qarşıdurma zamanı yüzə yaxın insan həlak olub. “İnqilab”ın qələbəsindən sonra bir qrup fəal çadır düşərgəsində yaşamağa davam edib.