Mərhum Maykl Ceksonun atası, musiqi meneceri Co Cekson Las-Veqasda yol qəzasına düşdükdən sonra xəstəxanaya yerləşdirilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, 88 yaşlı Ceksonun olduğu və sərnişin oturacağında əyləşdiyi maşına başqa bir avtomobilin çırpılması nəticəsində baş verib.
Məlumata görə, qəzadan sonra Cekson sinəsində ağrıların olmasından şikayətlənib. Bir müddət sonra o hər şeyin qaydasında olduğunu və xəsarət almadığını bildirib.
Qəzanın günahkarı ikinci avtomobilin sürücüsü olub, o, qaydaları pozduğuna görə cərimələnib.
S.S.
www.oxu.az