MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti sammiti oktyabrın 11-də Soçidə keçiriləcək.
Oxu.Az sputniknews.kz-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev Minskdə bildirib.
“MDB ölkələri prezident administrasiyalarının istəyini nəzərə alaraq, Dövlət Başçıları Şurasında ən vacib məsələlər müzakirə ediləcək”, - Sergey Lebedev jurnalistlərə bəyan edib.
Minskdə MDB-nin daimi nümayəndəliyinin iclası başlayıb. Toplantıda MDB-yə üzv ölkələrin Dövlət Başçıları və Xarici İşlər Nazirləri şuralarının oktyabrın 10-11-də Soçidə keçiriləcək gündəliyi müzakirə edilir.
N.О.
www.oxu.az