Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və vaxtı məlum olub
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
Bu barədə MDB-nin baş katibi Sergey Lebedev Minskdə Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.
“Məhdud tərkibdə Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il oktyabrın 7-də Moskvada keçirilməsi qərara alınıb”, - deyə Lebedev vurğulayıb.
Qeyd edək ki, MDB ölkələrinin liderlərinin sammiti isə oktyabrın 8-də Moskvada keçiriləcək.
Mənbə: TASS
Ən çox oxunanlar
Rəylər