Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mədinədə hacıları daşıyan avtobus yandı - VİDEO
Səudiyyə Ərəbistanın Mədinə şəhərində Türkiyədən olan hacıları daşıyan avtobus qarşıdan gələn “pikap” tipli avtomobil ilə toqquşub.
Oxu.Az-ın məlumatına görə, qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü ölüb.
Qum fırtınası səbəbi ilə yolların qumlarla örtülməsinə görə qarşıdan gələn nəqliyyat vasitəsi yolu düzgün nizamlaya bilməyib və türk hacıların olduğu avtobusa çırpılıb.
Çırpılmanın şiddəti ilə qəzadan dərhal sonra hər iki nəqliyyat vasitəsi yanmağa başlayıb.
Qəzadan sonra qapıları açılan avtobusdan enən hacılar yanmaqdan xilas ola biliblər. Lakin deformasiyaya uğrayan nəqliyyat vasitələrinin sürücüləri sükan arxasından çıxarıla bilmədikləri üçün ölüblər.
"Səudiyyə Ərəbistanı" teqi üzrə xəbərlər
- Ukraynada tam şəkildə atəşkəs nə zaman olacaq? - Stiven Uitkoff tarixi açıqladı
- Səudiyyə Ərəbistanından Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı paylaşım
- Pike məhkəmədə göz yaşlarına boğuldu
- Kreml ABŞ nümayəndəsini sülh danışıqlarından kənarlaşdırdı
- Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşü nə vaxt baş tutacaq? - Zaxarovadan AÇIQLAMA