Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Avropa Rusiyanı nəinki strateji tərəfdaş kimi itirib, həm də Moskvanın əsl düşməninə çevrilib.
“Biz indi qonşu deyilik, əsl düşmənik. İndi də Avropa İttıfaqı (Aİ) Rusiyanın tam gözlənilməzliyindən danışır, çılğın sui-qəsd nəzəriyyələri qurur, təhlükəsizliyini qorumaq üçün astronomik məbləğlər xərcləyir. Aİ Rusiyanı uzunmüddətli strateji tərəfdaş kimi itirib. Biz buna sevinmirik, amma bu, faktdır”, - deyə siyasətçi “VK” sosial şəbəkə səhifəsində yazıb.
Medvedevin sözlərinə görə, Aİ artıq nəinki beynəlxalq arenada, hətta Avropanın özündə də müstəqil fəaliyyət göstərə bilmir.
Rəylər