Moskva Böyük Britaniyanın Ukraynaya rəsmi hərbi kontingentini göndərməsini Rusiyaya müharibə elanı kimi qiymətləndirəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında yazıb.
“Onların (Britaniya - red.) rəsmi hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elanı demək olacaq”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Kiyevə səfər edən Britaniyanın baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə iki ölkə arasında tarixi təhlükəsizlik sazişi imzalayacağını bildirib.
Londonda vurğulanıb ki, keçən il NATO-nun Vilnüsdə keçirilən sammitində G7 ölkələri Kiyevə ikitərəfli təhlükəsizlik zəmanəti barədə razılığa gəliblər. Böyük Britaniya müvafiq müqaviləni bağlayan ilk ölkə olacaq.
Rəylər