Əgər neftin qiyməti ucuzlaşmağa davam edərsə, büdcənin dəqiqləşdirilməsi lazım gələcək, daha pis vəziyyətə hazırlaşmaq lazımdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumət başçısı Dmitri Medvedev Qaydarov forumunda çıxış edərkən xəbərdarlıq edib.
“Əgər neftin qiyməti ucuzlaşmağa davam edərsə, büdcənin parametrlərini dəqiqləşdirmək lazım gələcək. Bunu anlamaq lazımdır, başqa ölkələrin etdiyi kimi daha pis ssenariyə hazırlaşmaq lazımdır”, - Nazirlər kabinetinin rəhbəri bildirib.