Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Medvedev NATO-nu “dəhşətli münaqişə” ilə təhdid etdi
Rusiya baş naziri Dmitri Medvedev bəyan edib ki, Gürcüstanın NATO-ya daxil olması faciəvi nəticələrə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, o, bununla bağlı “Kommersant FM” radiostansiyasına müsahibəsində danışıb.
Baş nazirin sözlərinə görə, Gürcüstanın Şimali Atlantika Alyansına daxil olması “dəhşətli münaqişə”yə səbəb ola bilər.
Medvedev əlavə edib ki, bunun nəyə lazım olduğunu başa düşmür.
O qeyd edib ki, Gürcüstan və Cənubi Osetiya arasında baş verən, daha sonra Rusiyanın da qatıldığı silahlı münaqişəsinin qarşısını almaq mümkün idi. O bildirib ki, “buna heç bir zərurət yox idi”.
Ən çox oxunanlar