Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Medvedev Rusiyada defoltun təkrarlanma ehtimalından danışıb
“Rusiya 1998-ci il defoltu zamanı qaydasız iqtisadi müharibənin səbəb olduğu indiki böhran dövründəkindən daha az müdafiə olunmuşdu”.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “RİA Novosti” və “RT”yə müsahibəsində 24 il əvvəlki hadisənin təkrar olunacağı barədə sualı cavablandırarkən deyib.
“Bir çaya iki dəfə girmək mümkün deyil. 1998-ci ildə hakimiyyətə aidiyyətim yox idi və olanları mülki vətəndaş kimi, hətta deyərdim, biznes nümayəndəsi kimi qəbul edirdim. Ancaq bizim cəmiyyətimiz, dövlətimiz daha az dərəcədə müdafiə olunmuşdu”, - Medvedev deyib.
O qeyd edib ki, prezident olduğu vaxt 2008-ci və baş nazir vəzifəsini yerinə yetirdiyi 2014-cü il böhranlarını yaxşı xatırlayır.
“İndi olduğumuz vəziyyət isə fərqlidir. O vaxt biz ABŞ ərazisində meydana gəlmiş maliyyə qovuğu ilə bağlı olan beynəlxalq maliyyə böhranına sinə gərirdik. Onunla mübarizə bizim kollektiv vəzifəmiz idi. Yeri gəlmişkən, ona da nail olduq. Müxtəlif səviyyəli müvəffəqiyyətlərlə olsa da dünya və Rusiya iqtisadiyyatını kifayət qədər tez zamanda qaldıra bildik. İndi baş verənlər isə Fransa nazirlərindən birinin dediyi kimi, Rusiyaya qarşı elan olunmuş iqtisadi müharibədir. Onlar Rusiyaya qarşı müharibə elan ediblər və onu qaydasız surətdə davam etdirməyə çalışırlar”, - Medvedev deyib.
Mənbə: “RİA Novosti”