Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Medvedev, Şoyqu və digər rusiyalı yüksək vəzifəlilər Ukrayna Baş Prokurorluğuna çağırılıblar
Ukrayna Baş Prokurorluğu Rusiyadan olan məmurların dindirilməsi üçün çağırış vərəqəsi verib.
Qurumun saytında verilən məlumata görə, çağırış vərəqələrilə şəxslərin hər biri 2022-ci il mayın 16, 17 və 18-nə təyin edilmiş dindirmələrə çağırılır.
Çağırış vərəqələrində qeyd olunan şəxslər Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, müdafiə naziri Sergey Şoyqu, həmçinin müvafiq olaraq Dövlət Dumasının və Federasiya Şurasının spikerləri Vyaçeslav Volodin və Valentina Matviyenkodur.
Bundan əlavə, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və daxili işlər naziri Vladimir Kolokoltsevdən Ukrayna Baş Prokurorluğuna gəlmələri istənilib. Siyahıya Milli Qvardiyanın rəisi Viktor Zolotov, həmçinin Rusiya prezidentinin Mərkəzi Federal Dairədəki səlahiyyətli nümayəndəsi İqor Şeqolev də düşüblər.
Mənbə: Mk.ru
"Nar" teqi üzrə xəbərlər
- "Nar"ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
- "Nar"ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
- "Nar" sərfəli smartfon modellərini təqdim edir
- "Nar" və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
- "Nar"ın dəstəyi ilə "Kudos" intellektual oyununun finalçıları mükafatlandırıldı
Rəylər