Ekvador cinayət məhkəməsi prezidentliyə namizəd Fernando Villavisensionun qətlində iştirak edən iki nəfəri 34 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu "X" sosial şəbəkəsində məlumat yayıb.
"Prokurorluğun təqdim etdiyi sübutlar əsasında hakimlər yekdilliklə Edvin Anqulonu və Laura Castillonu Fernando Villavisensionun qətlində təqsirli bilib və onlar 34 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər. Cinayət məhkəməsi cinayət ortağı olduğu müəyyən edilən K.V. Laura Dayanara da eyni cəzanı verib", - deyə bildirilir.
Həmçinin üç cinayət ortağı cəzalandırılıb. Onlar 12 il həbsdə qalacaqlar.
Rəylər