Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Razi Nurullayev Fransanın milli bayramında iştirak edib
Ötən gün Fransanın Bakıdakı səfirliyində Fransanın milli bayramı qeyd edilib.
Oxu.Az xəbər verir ki, tədbir Bastiliya qalasının alınması münasibətilə təşkil olunmuşdu. Səfirlik tərəfindən bir sıra ictimaiyyət nümayəndələrinə də dəvət göndərilmişdi.
İki ölkə arasındakı diplomatik münasibətlərin o qədər də yaxşı olmaması səbəbindən sözügedən dəvətə ictimai-siyasi xadimlərin, siyasət adamlarının qatılması cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Bununla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar edilib, paylaşımlarda isə VI çağırış Milli Məclisin deputatı Razi Nurullayevin də dəvətdə iştirak etdiyi iddia olunub.
İddiaların həqiqəti əks etdirib-etdirmədiyini dəqiqləşdirmək üçün Razi Nurullayevin özü ilə əlaqə saxladıq.
R.Nurullayev Oxu.Az-a açıqlamasında Fransa səfirliyinin milli bayramına dəvət olunduğunu və tədbirdə iştirak etdiyini təsdiqləyib:
"Bəli, mən səfirlik tərəfindən dəvət olunmuşdum. Tədbirə getdim. Lakin bizim dövlət nümayəndələrimizi orada görmədim və tədbiri erkən tərk etdim".
Könül Cəfərli
"Milli Məclis" teqi üzrə xəbərlər
- DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub
- Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib
- Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb - Rəsmi CAVAB
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Deputat: "Aİ-nin "müşahidə missiyası"nın təxribatları heç bir nəticə verə bilməz"