ABŞ-ın Havay ştatının hakimi ölkə prezidenti Donald Trampın yeni miqrasiya fərmanının icrasını dayandırıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hakim Derrik Uotson ştat hakimiyyətinin sorğusundan sonra müvafiq qərarını verib.
CNN teleşirkəti məlumat yayıb ki, bu qərar martın 15-də gecə yarısında qüvvəyə minəcək fərmanın icrasını dayandırıb.
ABŞ prezidenti Donald Tramp martın 6-da ölkə ərazisinə Yaxın Şərq və Şimali Afrikanın altı ölkəsinin vətəndaşlarına girişi müvəqqəti qadağan edən fərman imzalayıb.
Beləliklə də Havay ştatı Trampın bu fərmanını məhkəmə yolu ilə icrasını dayandırmağa cəhd edən ilk ştat oldu.
N.О.
www.oxu.az