Meksikanın mərkəzində yerləşən Tezkapilla şəhərində fermerlərə silahlı basqın olub. Nəticədə azı 14 nəfər ölüb.
Hadisəyə səbəb kimi regionda fəaliyyət göstərən “Familia Michoacana” adlı silahlı qruplaşmanın fermerlərdən pul tələb etməsi olub.
Bununla bağlı yayılan kadrlarda maçete ilə silahlanmış fermerlərin onlara basqın edən qruplaşma ilə qanlı qarşıdurması əks olunub.
Meksikada DƏHŞƏT: Fermerlər silahlı dəstəyə maçete ilə qarşı çıxdılar - VİDEO
Ölənlərdən 11-i dəstə üzvləri, üçü yerli sakindir.
Daha dörd nəfər yaralanıb, iki nəfər isə itkin düşüb. Bundan başqa, bir neçə avtomobil yandırılıb.
Tezkapillaya təhlükəsizlik qüvvələri cəlb olunub.
Mənbə: Heraldo de Mexico
Rəylər