Meksikada yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 22 nəfərə çatıb.
Bu barədə N+ telekanalı məlumat yayıb.
Qəza Sinaloa ştatında, Kulyakan-Masatlan avtomobil yolunda baş verib. Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində avtomobillər yanıb. Yanğın nəticəsində sərnişinlərin çoxu ölüb.
Hadisə zamanı həmçinin daha 20 nəfər yaralanıb.
Magistral yol qəza ilə əlaqədar bağlanıb, hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub.
23:08
Meksikanın şimal-qərbində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər həlak olub.
Belə ki, treylerin avtomobillə toqquşduqdan sonra baş verən yanğın nəticəsində ən azı 19 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
Qeyd olunub ki, hadisə yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 16:00-da - red.) Sinaloa ştatının Kulakan və Masatlan şəhərləri arasındakı avtomobil yolunda baş verib.
Mənbə: TASS