Meksikanın daxili işlər naziri Alfonso Navarrete və Oahaka ştatının qubernatoru Alexandro Muratın olduğu helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə fevralın 17-də 6TV telekanalı ştatın Baş prokurorluğuna istinadən məlumat yayıb.
Hadisə cümə günü axşam saatlarında Xamiltepek şəhərində baş verib. Qəza zamanı nazir və qubernator xəsarət almayıblar.
Bildirilir ki, eniş zamanı helikopterin pilotu idarəetməni itirib və bir neçə avtomobilə çırpılıb. Qəzadan sonra UH-60 Black helikopteri çevrilib.
Qəza nəticəsində Oahaka ştatının infrastruktur naziri Fabian Errer də daxil olmaqla, bir neçə nəfər yaralanıb.
17.02.2018 10:55
Meksikada göyərtəsində daxili işlər naziri Alfonso Navarretanın və Oaxaka ştatının qubernatoru Alexandro Muratanın olduğu helikopter qəzaya uğrayıb.
Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Məlumata əsasən, hər iki dövlət məmuru qəzadan sağ çıxıb, ancaq onların sağlamlıq durumu barədə məlumat yoxdur.
Helikopter zəlzələdən ziyan görən zonaların havadan müşahidə uçuşu zamanı 30 metr yüksəklikdən yerdə olan avtomobilin üzərinə düşüb.
Bir neçə nəfərin həlak olduğu xəbər verilir.