Meksikanın şimal-şərqində yerləşən Nuevo-Leon ştatında qatar maşınla toqquşub.
“TASS” xəbər verir ki, qəza nəticəsində avtomobildə olan üç nəfər həlak olub.
Ölənlər bir ailənin üzvü imiş.
Ehtimala görə, avtomobilin sürücüsü sürətlə qatar yolundan keçmək istəyib, lakin bunu bacarmayıb.
Polis hadisənin təfərrüatlarını araşdırır.