Meksikanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin Laredo şəhərində (Texas ştatı) qapalı dəmiryol konteynerində altı miqrantın həlak olduğunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Meksika XİN rəsmi məlumat yayıb.
XİN-dən bildirilib ki, həlak olanlardan üçü Meksika vətəndaşıdır, qalanlarının şəxsiyyətləri hələ müəyyənləşdirilir. Daha əvvəl "The New York Times" qəzeti ABŞ-Meksika sərhədi yaxınlığında altı meyit tapıldığı barədə məlumat yaymışdı.
Qaynar xətt:
(055) 224 12 12