Meksikalı yarımmüdafiəçisi Edson Alvares karyerasını Türkiyədə davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkədə məlumat verib.
O qeyd edib ki, İstanbulun "Fənərbağça" klubunun "Vest Hem"lə apardığı danışıqlar müsbət bitib və tərəflər razılığa gəliblər.
Qeyd edək ki, "Vest Hem" Edson Alvaresi 2023-cü ilin yayında "Ayaks"dan transfer etmişdi.
