Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Meril Ali: "Fransa hökuməti və siyasəti birmənalı şəkildə qınanmalıdır"
"2024-cü ilin sonuna yaxın artıq deyə bilərik ki, Fransa işğalçı dövlət olaraq, heç bir müsbət addım atmır, əksinə hər hansı fərqli səsləri boğmaq üçün əlindən gələni edir".
Oxu.Az xəbər verir ki, bunu Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Partiyasının (UPLG) baş katibinin müavini Meril Ali deyib.
O bildirib ki, Fransanın hazırkı hökuməti nə Qvadelupedə, nə də digər müstəmləkələrində insan hüquqlarını tanımaq və müdafiə etmək niyyətindədir:
"Qiymət artımına etiraz edən xalqlara qarşı məhkəmə təqiblərinin həyata keçiriləcəyini açıq şəkildə bəyan edir. Fransanın belə addımları Qvadelupe, Martinik və digər müstəmləkələrdəki insanlara qarşı repressiyaların davam edəcəyini göstərir. Fransanın müstəmləkə siyasətinə qarşı çıxan qvadelupelilər, martiniklilər və kanaklar cinayətkar kimi təqdim edilir. Bu, Fransa hakimiyyətinin müstəmləkə xalqlarına qarşı irqçi və üstünlükçü münasibətinin göstəricisidir. Onlar özlərini üstün irq, müstəmləkə xalqlarını isə aşağı səviyyədə görürlər".
Meril Ali qeyd edib ki, Fransa hökuməti və siyasəti birmənalı şəkildə qınanmalıdır:
"Biz Fransadan tələb edirik ki, başqalarına tətbiq etmək istədiyi insan hüquqları dərslərinə özü də riayət etsinlər. Yaşamaq, sağlamlıq, iş, təhsil və sağlam qidalanma hüquqlarımız danışıqlar mövzusu deyil. Müstəmləkə hakimiyyəti bizim hüquqlarımıza nəzarət etmək səlahiyyətinə malik deyil".
Müavinin sözlərinə görə, mübarizə milli müstəqillik və tam suverenlik əldə etmək uğrundadır:
"Bu mübarizə yalnız Fransa müstəmləkə hakimiyyətinin sona çatması ilə nəticələnə bilər. Əgər beynəlxalq ictimaiyyət bu gün Qvadelupeni dekolonizasiya olunacaq ölkələr dəstəkləyərsə, bu mübarizəmiz üçün böyük irəliləyiş olacaq".
Aygün Mirakif
"Qvadelupe adası" teqi üzrə xəbərlər
- Qvadelupun Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb
- Meril Ali: "Fransa tərəfindən istifadə edilən suyun tərkibinə xlorheksidin qatılır"
- Deputat: "Fransa qanlı müstəmləkəçilik keçmişinə görə maddi və mənəvi təzminat ödəməlidir"
- Beynəlxalq konfransda Fransanın müstəmləkəçilik siyasəti ifşa olunaraq pislənilib
- Bakı Təşəbbüs Qrupu Fransanın insan hüquqları pozuntularına dair mətbuat konfransı keçirəcək
Rəylər