Almaniyanın keçmiş kansleri Angela Merkel Berlində alış-veriş edərkən naməlum şəxs tərəfindən qarət edilib.
Keçmiş kanslerin pulqabısı oğurlanıb.
Pulqabının arabadan asılmış bir çantada olduğu dəqiqləşdirilib.
Merkellə birlikdə onun mühafizəçiləri də mağazada olublar.
Hadisədən sonra o, yerli polis bölməsinə gedərək ərizə yazıb.
Mənbə: lenta.ru