Sosial şəbəkədə məsciddən ianə pulunu oğurlamağa çalışan bir nəfərin görüntüləri yayılıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, uğursuz oğru bir neçə dəfə pul yığılan yeşiyi açmağa çalışır. Dua etməyə gələnlər tamahkara işini sona çatdırmağa imkan vermir.
Kadrlarda görünür ki, məscidə gələnlərdən biri necə soyğunçunu ürküdüb qaçırdır. Oğru bir neçə dəqiqə tərəddüd edir, amma sonra yenidən yeşiyi açmağa çalışır.
Hadisənin necə bitdiyi məlum deyil. Video soyğunçunun sandığı açmağa çalışdığı növbəti cəhdində kəsilir. Ancaq videonun müəllifi şərhlərdə göstərir ki, oğru məsciddə bir qrup insanın dua üçün girdiyi an qorxaraq aradan çıxır.
Hadisənin nə vaxt və harada baş verdiyi barədə məlumat verilmir.