Holivud ulduzu Cim Kerri öz “Twitter” hesabında “Time” jurnalının üz qabığı üçün Ağ Ev rəhbəri Donald Trampın miqrant uşağı döyməsini əks etdirən karikaturanı paylaşıb.
Oxu.Az xəbər verir ki, bu aktyorun “Time” jurnalının Trampın miqrantlara qarşı amansız siyasətini pisləyən məqalə ilə əlaqədar orijinal üz qabığına reaksiyası olub.
Orijinal üz qabığında “Amerikaya xoş gəlmisiniz” yazısı olduğu halda, Kerrinin təklif etdiyi üz qabığında “Budur sənin hüquqi qarantların” yazısı əksini tapır.
“Mən “Time”ın qalmaqallı üz-qabığına biraz düzəliş etdim. Belə daha yaxşı alınıb. Təşəkkür etməyin”, - deyə Kerri karikaturanın təsvirində yazıb.
So I fixed the controversial TIME Magazine cover. This is much more appropriate. You’re welcome @time pic.twitter.com/VMDtGTj5Zy
— Jim Carrey (@JimCarrey) 25 June 2018
F.M.
www.oxu.az
Rəylər