Amerikalı riyaziyyatçı, Nobel mükafatı laureatı kiçik Con Forbs Neş yol qəzasında həlak olub, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Neşin həyat yoldaşı ilə birgə hərəkət etdiyi taksi qəzaya uğrayıb, qadın da həlak olub.
Hadisə Nyu-Cersidə baş verib. Riyaziyyatçının 86 yaşı var idi.
Neş Nobel mükafatını 1994-cü ildə “Kooperativ olmayan oyunlar nəzəriyyəsində tarazlığın təhlili”nə görə almışdı.