Məşhur rusiyalı teleaparıcısı Kseniya Borodinanın toyu olub.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Kseniya bu gün 35 yaşlı dağıstanlı iş adamı Qurban Omarovla ailə həyatı qurub.
Toy mərasimi Moskvanın ən dəbdəbəli hotellərindən olan Radisson Royalda keçirilib. Bura sevgililər "Rols-Roys" avtomobilində gəliblər.
Qeyd edək ki, bu cütlüyün hər ikisinin ikinci evliliyidir. Kseniyanın əvvəlki nikahından Marusya adlı qızı, Qurbanın isə oğlu var.