Türkiyənin Urfa vilayətinin Suruç rayonunun keçmiş bələdiyyə başçısı Salih Tekinalp və oğlu Sinan Tekinalpa avtomobilinə edilmiş silahlı hücum nəticəsində hər ikisi həlak olub.
Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, keçmiş bələdiyyə sədri və oğlun hücum bu gün yerli vaxtla saat 16-radələrində Urfa-Suruç yolunda baş verib.
Ata-oğul Urfadan şəhərlərinə dönən zaman avtomobil şəxsiyyətləri hələ müəyyən edilməmiş adamlar tərəfindən atəşə tutulub. Ata və oğul açılan atəş nəticəsində həlak oldublar. Yoldan çıxan avtomobil dəmir maneələrə çırpılıb.