Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Məşhur braziliyalı futbolçu “Survivor”a qatıldı - FOTO/VİDEO
Dünya futbolunun ən tanınmış simalarından olan Ronaldinyo Türkiyənin “Survivor” yarışmasında iştirak edib.
Dominikan Respublikasında keçirilən və Acun İlıcalının aparıcılığını etdiyi “Survivor-2024 All Star”a qonaq qismində gələn Ronaldinyo ayaq voleybolunda bacarığını nümayiş etdirib.
Acun İlıcalı və keçmiş futbolçu Sercan Yıldırımla eyni meydançanı paylaşan braziliyalı ulduz sosial mediada gündəm olub.
Daha əvvəl iki dəfə FIFA-nın “Dünyada ilin futbolçusu” və “Qızıl Top” mükafatını qazanan Ronaldinyo türk iştirakçılarla görüşdən məmnun olduğunu deyib.
“Burada olmaqdan çox xoşbəxtəm. Hər zaman gələ bilərəm”, - deyə o qeyd edib.
Ronaldinyonun oyunda qazandığı xallar tamaşaçıları heyran qoyub.
Acun İlıcalı Ronaldinyo ilə bir neçə ildir görüşdüklərini bildirib.
“Keçən ay ofisimizə gəldi. Bir az söhbət etdik. Etdiyimiz işləri izləyir. Ona təklif etdim və “Survivorda ayaq voleybolu oynayaq, nə deyirsən?” dedim. Dərhal razılaşdı”, - deyə İlıcalı qeyd edib.
Mənbə: Türkiye Gazetesi
"Acun İlıcalı" teqi üzrə xəbərlər
- Acun Ilıcalı və Mauro İkardi yenidən mübahisə etdilər
- Nihat Kahveci Acun Ilıcalını "yazıq" adlandırıb
- Acun Ilıcalının sahibi olduğu klubun oyununa Türkiyə bayrağının buraxılması qadağan edilib
- Acun Ilıcalının klubu baş məşqçisi ilə yolları ayırıb
- Serdar Ortaç və Mehmet Ali Erbildən sonra Acun Ilıcalı da istintaqa cəlb olundu
Rəylər