Məşhur türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin "Hall Siti" klubu "Kayserispor"un 18 yaşlı qapıçısı Deniz Dönmezeri heyətinə cəlb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.
"Kayserispor"un prezidenti Ali Çamlı transferin yanvar ayında rəsmiləşəcəyini bildirib:
"Deniz Dönmezerin keçidi ilə bağlı "Hall Siti" ilə ortaq məxrəcə gəldik. Yanvar ayında rəsmi müqavilələr imzalanacaq. Bu transferdən 1 milyon 50 min funt-sterlinq təzminat qazancımız olacaq. Həmçinin, futbolçunun gələcək satışından 15 faizlik payımız da var".
Qeyd edək ki, "Hall Siti" İngiltərə Premyer Liqasında mübarizə aparır.
