Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubu rekord qıracaq məbləğ müqabilində Yunanıstan milli komandasının oyunçusu Konstantinos Solakisin "Olimpiakos"dan transfer olunduğunu elan edib.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə "Hall Siti"dən açıqlama verilib.
"23 yaşlı oyunçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq beşillik müqavilə imzalandı", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Konstantinos Solakis "Olimpiakos"un forması ilə çıxdığı 131 oyunun 64-də qapısını toxunulmaz saxlayıb.
23 yaşlı qapıçı 2023/24 mövsümündə "Olimpiakos"un UEFA Avropa Konfrans Liqasında əldə etdiyi çempionluqda mühüm rol oynayıb. Solakis dörddəbir finalda "Fənərbağça"ya qarşı penaltilər seriyasında üç penaltini dəf edib, həmçinin "Fiorentina"ya qarşı final oyununda da qapısından qol buraxmayıb.
2023-2024 mövsümündə UEFA Avropa Konfrans Liqasının dörddəbir finalının revanş matçında "Fənərbağça" 1:0 hesabı ilə başa çatan qarşılaşma zamanı penaltilər seriyasında "Olimpiakos"a 3:2 hesabı ilə uduzaraq, Avropa Liqası ilə vidalaşmışdı. Yunanıstan komandası isə çempionluğu əldə etmişdi.