Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məşhur futbol məşqçisi vəfat edib
İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Eriksson vəfat edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 76 yaşında dünyasını dəyişib.
Qeyd olunur ki, Sven-Yoran Eriksson xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Məlumat üçün əlavə edək ki, Sven-Yoran Eriksson İngiltərə, Kot-d`İvuar və Meksika yığmalarına rəhbərlik edib. O, həmçinin, İtaliyanın "Latsio", "Roma", "Fiorentina" və İngiltərənin "Mançester Siti" klublarını da çalışdırıb.
Ən çox oxunanlar