Məşhur italiyalı bəstəkar Ennio Morrikone 91 yaşında vəfat edib.
Bu barədə “Rainews24” telekanalı məlumat yayıb.
Bəstəkarın bir neçə gün əvvəl yıxılaraq bud sümüyünü sındırdığı qeyd olunur. O, gecə saatlarında Romadakı klinikalardan birində “travmanın fəsadları” səbəbindən ölüb.
Bəstəkar, əsasən, kino və televiziya üçün bəstələdiyi musiqilərlə məşhurdur. O, 400-dən artıq filmə və teleseriala musiqi yazıb.
E.Morrikone iki “Oskar” mükafatı laureatıdır.