Türkiyənin məşhur müğənnisi Kayahan Açar vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Twitter-də müğənni Suat Suna yazıb.
“Bu gün qara bir gün.... Mən ikinci atamı itirdim. Türkiyənin böyük ustasını... Rahat yat, Kayahan əmi. Unudulmayacaqsan”, - deyə, S.Suna yazıb.
Qeyd edək ki, Kayahan xərçəng xəstəliyindən əziyyət çəkirdi.