Britaniyanın "Placebo" rok qrupu 8 sentyabr tarixində Almatıda (Qazaxıstan) "Park Live" festivalında və 12 sentyabr tarixində Tbilisidə (Gürcüstan) keçiriləcək konsertlərini ləğv edib.
Oxu.Az bu barədə qrupun "Instagram" səhifəsindəki paylaşımına əsasən xəbər yayıb.
"Dərin təəssüf hissi ilə bildirməliyik ki, 8 sentyabr tarixində Qazaxıstanın Almatı şəhərində "Park Live" festivalında çıxış edə bilməyəcəyik. Ciddi səbəblər var ki, onları həll etmək mümkün olmadı və bu qərar təşkilatçılarla bağlı deyil", - deyə paylaşımda qeyd olunub.
Qazaxıstandakı çıxışın ləğv olunması səbəbindən Gürcüstandakı çıxış da ləğv edilib, çünki onu logistik cəhətdən həyata keçirmək mümkün olmayacaq. Qrup üzvləri pərəstişkarlarını məyus etdikləri üçün üzr istəyiblər və gələcəkdə hər iki ölkədə yenidən çıxış edəcəklərinə ümidli olduqlarını bildiriblər.
Rəylər