Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Messi Argentina yığmasının il ərzində ilk məğlubiyyətini izah etdi
Argentina yığmasının hücumçusu Lionel Messi 2026-cl ilin dünya çempionatının seçmə mərhələsinin 5-ci turunun matçında komandasının uruqvaylı futbolçulara məğlubiyyətini izah edib.
“Bütün oyun boyu diskomfort hiss etdik. Uruqvayın komandası atletikdir və onlar bir-biri ilə yaxşı qarşılıqlı fəaliyyət göstərirlər. Onlara qarşı həmişə belə olur”, - deyə Messi bildirib.
Xatırladaq ki, görüş Uruqvay yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Argentina üçün bu məğlubiyyət 2022-ci il noyabrın 22-dən bəri ilk məğlubiyyət olub. O zaman 2022-ci il dünya çempionatının final turnirinin qrup mərhələsinin ilk turunda argentinalı futbolçular Səudiyyə Ərəbistanına uduzublar (1:2). Lakin bundan sonra komanda 14 matç geri qalmayıb.
Qeyd edək ki, Argentina hazırda dünya çempionudur. Milli komandanın kapitanı Messi oktyabrın 30-da karyerasında səkkizinci “Qızıl top”u alıb.
Mənbə: apnews.com
"Argentina" teqi üzrə xəbərlər
- Argentina Prezidenti Xavyer Miley İtaliya vətəndaşlığı alıb
- Dünya Çempionatının seçmə mərhələsi: Argentina Paraqvayla görüşdə qalib gələ bilməyib
- Nobel mükafatı laureatı Argentinanı gözləyən fəlakət barədə xəbərdarlıq etdi
- Argentina məhkəməsi Venesuela prezidentini İnterpol vasitəsilə beynəlxalq axtarışa verib
- Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verdi
Rəylər