Argentina millisinin hücumçusu Lionel Messi yığma komandanın heyətində keçirdiyi matçlarda məhsuldar ötürmələrə görə yeni rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, Argentina yığması Puerto-Riko ilə yoldaşlıq görüşündə 6:0 hesabı ilə qələbə qazanıb. Messi həmin oyunda 2 məhsuldar ötürmə verib. Ulduz oyunçu bununla da yığmada qol ötürmələrini 60-a çatdırıb. O, amerikalı Lendon Donovanın (58) rekordunu geridə qoyub.
Qeyd edək ki, "Barselona" və PSJ-nin sabiq futbolçusu 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda oynayır.