Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məsud Pezeşkianın hibrid hökuməti: Əks-səda doğuran AÇIQLAMA
İranın İsraillə münasibətlərinin müharibə həddinə qədər gərginləşdiyi bir zamanda ölkənin daxili siyasi həyatında önəmli bir hadisə baş verib.
Oxu.Az xəbər verir ki, avqustun 11-də İranın yeni prezidenti Məsud Pezeşkian başçılıq edəcəyi hökumət üzvlərinin siyahısını parlamentə təqdim edib.
Yeni kabinetin İran cəmiyyətində maraqla gözlənilən tərkibi tamamilə gözlənilməz olub və yaxşılığa doğru dəyişikliklərlə bağlı əhalinin gözləntilərini əməlli-başlı sarsıdıb.
Elə həmin gün Pezeşkianın seçki kampaniyasında olduqca fəal və mühüm rol oynamış, sonradan onun tərəfindən strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyin olunmuş keçmiş Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin öz postundan istefa verməsi ölkədə islahatların həyata keçiriləcəyi ilə bağlı vədlərin ciddi maneə ilə üzləşdiyinin təsdiqinə çevrilib.
Zərif "X" platformasında yaydığı və geniş əks-səda doğuran açıqlamasında parlamentə göndərilən siyahının təqribən 50 faizinin hökumət üzvlərinin seçilməsi ilə bağlı onun başçılıq etdiyi Şuranın təqdim etmədiyi namizədlərdən ibarət olduğunu bildirdi. Əslində o, bu tərkiblə işləməyin mümkün olmadığına eyham vuraraq yenidən universitetə qayıtmaq fikrində olduğunu bəyan edib.
Bəziləri Zərifin bu addımının onun oğlunun ABŞ-də doğulduğu və oranın vətəndaşı olması ilə əlaqələndirsələr də, Zərif avqustun 12-də yaydığı növbəti açıqlamada bütün ailə üzvlərinin İranda yaşadığını, xaricdə hətta bir kvadratmetr əmlaka sahib olmadığını, tətbiq olunmuş sanksiyalar nəticəsində turist kimi belə, ABŞ, Kanada və bəzi digər Qərb ölkələrinə getmək imkanından məhrum olduğunu bildirib.
Yəni istefasının məhz hökumətin tərkibi ilə bağlı olduğunu bir daha vurğuladı. Eyni zamanda Pezeşkianın hələ tam formalaşmamış hökumətindən istefaların Zəriflə məhdudlaşmayacağı barədə fikirlər səslənməyə başlayıb.
Ətraflı "Azad İran"ın süjetində:
"İran" teqi üzrə xəbərlər
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
- İranda təlim təyyarəsi qəzaya uğradı: Ölənlər var
- İran parlamentinin nümayəndə heyəti saxta "erməni soyqırımı" abidəsini ziyarət edib
- Məsud Pezeşkian İrandakı təhsil haqqında: "Xalqla danışmağa cəsarət etmirəm"
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
Rəylər